NİZAMİ GƏNCƏVİ.

“XOŞBƏXTLİYİN SİRRLƏRİ” MESAJI .
Sevgili soydaşlarım, sizləri çox sevirəm. Bu gün məni yad etdiyiniz üçün çox sevincliyəm. Sizlərə (məhz sənə) təşəkkür edirəm.
Cismən yanınızda olmasam da qismən yanınızdayam, ruhən sizinləyəm.
Hər kim xəmsədən bir beyt oxuyar yada dinləyərsə mənimlə danışmış kimi olar.
Əfsus ki, sovet dönəmində mənim fikirlərimi və sözlərimi ateist təfəkkürün hakim olduğu şəraitdə çatdırıblar.
Buna görə də mənim əsl sizlərə demək istədiyimi bu günə qədər kölgədə saxlayıblar, amma bu günə qədər. Diqqət edirsinizsə şəhərlərin bir çox yerlərində sözlərim yazılıb.
Məsələn:
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara.
Poladdan dağ olsa yenə də insan,
Vurub parça – parça dağıdar inan.
Əlbətdə bunlar doğru və gözəl sözlərdi, ancaq eyni əsərimdə mənim əsl məqsədimi hədəfimi, sizələrə çatdırmaq istədiyim fikirləri ifadə edən sözlər nədənsə kölgədə qalır.
Məsələn:
Sən ey Nizamini bəsləyən Allah,
Qovma ki, qapına gətirmiş pənah,
Nizəminin adına şərəf gətirən Xuda,
Sənin qulun olmağım ağalıqdır dünyada.
Sənin tərifindir Təbərəkallah,
Alqış cəlalına feyzinə Allah.
Kim səndən danışmasa, qoy lal olsun dünyada,
Kim səni düşünməsə, bir yolluq getsin bada.
Bu misralardan məlum olduğu kimi mənim həyatım boyu bir məqsədim olub. İnsanlığın xoşbəxtliyə qovuşması. Bunun olmazsa – olmaz şərti isə Allahla dostluqdur. Məhz ona görə Allahla insanlar arasında körpü olmağa çalışmışam.
Allah ilə dost olmaq çox – çox asan bir işdir. Sadəcə bir diləklə başlıyır “Allahım, sağ ikən sənə dost olmaq və yaxud, məndə olan ruhunu sənə qovuşdurmağı diləyirəm”. Bildiyiniz kimi Allah insanı üç ayrı vücuddan yaratdı, Cism (Hicr 26), Nəfs – mənfi xüsusiyyətləri özündə cəmləyən (Şəms 7), Ruh – müsbət xüsusiyyətləri özündə cəmləyən (Səcdə 9). Və əmanət olaraq verdiyi ruhu ömür limitimiz müddətində Ona (Allaha) qovuşdurmağımızı istəyir. Bunun üçün isə ilk öncə bunu qəlbən diləmək lazımdır necə ki, mən diləmişəm və Sirlər Xəzinəsində bəyan etmişəm.
Könlümdə haqdan savay məgər bir dilək varmı,
Ona qovuşan kəslər başqa bir şey umarmı.
Diləkdən sonra Allah insanın ruhunu özünə qovuşdurur. Necə ki, mən bunu yaşamışam.
Hansı yerdən gəlibsə həmən yerə çapdı ruh,
Xəyal tapa bilməyən bir gözəllik tapdı ruh.
Bu misralarla “Xəmsə”də ifadə etmişəm. Ruhun Allaha qovuşmasının ölümlə heç bir əlaqəsi yoxdur. Amma insanın həyatda sıxıntısız, rahat və xoşbəxt yaşaması üçün ruhunu Allaha qovuşdurmağı diləməsi vacibdir.
Çünki ruh Allaha yola düşməsə, insana sıxıntı verən nəfs, təmizlənə bilmir. Nəfs daim insana özünə və ətrafındakılara sıxıntı verəcək mənfi davranışlara sövq edər. Ruh isə tam əksinə çalışar və insanın daxili aləmindan ruh və nəfs arasında mübarizə gedir. İnsan nə zaman nəfsə tabe olarsa şeytanın əmrinə keçər və Allahın et dediklərini etməz, etmə dediklərini edər.
Buna görə ruh nəfsə vicdan əzabı dediyimiz əzabı verər. Bunun tək çarəsi və xoşbəxtliyin sirri həmin nəfsin təmizlənməsi və ruhun xislətlərinə bürünməsidir. Bunun üçün də afətlərlə dolu olan nəfsin mənəvi möhrü yalnız ruh Allaha sağikən yönələrsə açılar.
Sən onun can evini mərifətlə abad et,
Qurtar onu zəncirdən dərtdən, qəmdən azad et.
Ver qəlbini Allaha – xoşbəxt olmaq istəsən,
Eşqin özü şahlıqdır, elə bil taxt üstəsən.
Nəfsin afətlərdən təmizlənməsi Allahın insanlara göndərdiyi üç nur vasitəsi ilə (Rəhmət, Salavat, Fəzilət) baş verir. Bu nurları nəfsi qəlbinə toplayan insanın iradəsi ilə Allah Allah Allah Allah deyərək (səsli və ya səssiz) zikr etməsidir.
Nurlar nəfsə dolduqca nəfs ruhun xislətlərinə bürünür. Allah, endirdiyi (nurların) əhsən olanlarını (rəhmət, fəzl və salavatı), iki iki (salavat-rəhmət və salavat-fəzl), Kitaba təşbehli (bənzər) olaraq endirdi. Rəblərindən huşu duyanların dəriləri ondan ürpərər. Sonra onların dəriləri və ürəkləri Allahın zikriylə yumşalar, sükunət tapar (sakitləşər).
Məhz bu, Allahın hidayətidir, dilədiyini onunla hidayətə çatdırar. Və Allah, kimi zəlalətdə buraxsa artıq onun üçün bir hidayətçi yoxdur. (Zümər – 23).
O gecəni bir daha görə bilmək üçün ah...
Əl qaldırıb göylərə deyirəm: Allah, Allah.
Sən ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir bir an dilimdən.
Aç mənim üzümə nur xəzinəni,
Zülmətlər içindən xilas et məni.