Allah ilə qul arasına kimsə girə bilməz?


Bismillahi Rəhmani Rəhim
(TARİXİ: 20.01.2006)
Sevimli qardaşlarım, can dostlarım, könül dostlarım, Allaha sonsuz həmd və şükr edirik ki, bir dəfə daha bir zikr söhbətində Allahu Təala bizləri birlikdə etdi.
Mövzumuz xurafatlardan bir dənəsidir: "Allahla qul arasına kimsə girə bilməz." xurafatı. Dinimizə nə qədər çox xurafat girmiş, sevimli qardaşlarım. Allahın söylədiklərinin, insanlar nə qədər çox tərsini deyirlər. Əsrlər boyunca həmişə bu deyilmişdir. "Allahla qul arasına heç kim girə bilməz." Heç kim,
"Görəsən Qurani Kərim bu mövzuda nə deyir?" Hər kəsin ağızında bu: "Allahla qul arasına kimsə girə bilməz." Görəsən eləmi həqiqətən? Allahla qul arasına heç kim girə bilməzmi? Xüsusilə bəzi insanları, onlara səlahiyyət verərək, digər insanlarla öz arasına, yoxsa Allahmı qoyar? Gəlin sizinlə birlikdə Səcdə Surəsinin 24. ayəti kəriməsinə baxaq.
-32/SƏCDƏ-24: Və cəalna minhum əimmətən yəhdunə bi əmrina ləmma sabəru və kanu bi ayatina yukınun(yukınunə).
Və onlardan, əmrimizlə hidayətə çatdıran imamlar etdik və səbr sahibi olduqları və ayələrimizə (Hakk'ul yəqin səviyyəsində) yəqin hasil etmiş olduqları üçün. Allahu Təala buyurur ki: "İnsanlardan (mürşidlərdən) imamlar etdik. Əmrimizlə insanları hidayətə çatdırsınlar deyə." İnsanların hidayətə çatmasının, o insanların ruhunun həyatdaykən Allaha çatması olduğunu, artıq dəqiq olaraq bilirik. Elə demirmi Allahu Təala? İmran-73:
-3/ALİ İMRAN-73: Və la tu’minu illa li mən təbia dinəkum, kul innəl huda hudallahi ən yu’ta əhadun mislə ma utitum əv yuhaccukum ində rabbikum, kul innəl fadla bi yədillah(yədillahi), yu’tihi mən yəşa’(yəşau), vallahu vasiun alim(alimun). Və (Əhli Kitab): "Sizin dininizə tabe olandan başqasına inanmayın." (dedilər). (Həbibim onlara) De ki: "Şübhəsiz ki, hidayət Allah`a çatmaqdır. (İnsanın ruhunun ölmədən əvvəl Allah`a çatmasıdır.) Sizə verilənin bir bənzərinin bir başqasına verilməsidir." Yoxsa onlar, Rəbbinizin hüzurunda sizinlə çəkişirlərmi? (Onlara) De ki: "Şübhəsiz ki, fəzl Allah`ın əlindədir. Onu dilədiyinə verər." Və Allah,Qəyyumdur (elmi genişdir, hər şeyi əhatə edər), Alimdir (ən yaxşı biləndir).
"innel huda hudallahi" İnne: Şübhəsiz ki. əl huda: Hidayət. hudallah: Allah`a çatmaqdır. "Şübhəsiz ki hidayət, Allah`a çatmaqdır." Və Bəqərə-120.
-2/BƏQƏRƏ-120: Və lən tərda ankəl yahudu və lan nasara hatta təttəbia millətəhum, kul innə hudallahi huvəl huda, və lə inittəba’tə əhvaəhum ba’dəlləzi caəkə minəl ilmi ma`ləkə minallahi min vəliyyin və la nasir(nasirin).
Və sən onların dininə tabe olmadıqca (uyğun gəlmədikcə) nə yəhudilər və nə də xristianlar səndən əsla razı olmazlar. De ki: "Şübhəsiz ki, Allah`a çatmaq (Allah`ın özünə çatdırması) işdə o, hidayətdir." . Sənə gələn elmdən sonra əgər həqiqətən onların həvalarına uysan, sənin üçün Allah`dan bir dost və bir köməkçi yoxdur. inne hudallahi huvel xuda" İnne: Şübhəsiz ki. hudallah: Allaha çatmaqdır. huve: o. huda: Hidayətdir. "Şübhəsiz ki, Allah`a çatmaq - hidayətdir.
"Elə isə insanların ruhlarını Allah`a çatdırmaları hidayəti ifadə edir. Sevimli qardaşlarım, hidayət deyilən müəssisəyə baxdığımız zaman, çox dəqiq bir fakt görürük. Hidayət, insan ruhunun Allah`a çatmasıdır. Allahu Təala deyir ki: "Biz insanlardan imamlar etdik, əmrimizlə hidayətə çatdırsınlar deyə. (İnsanları hidayətə çatdırsınlar deyə). Səbrin sahibi olmaları səbəbiylə və ayələrimizə Hakk'ul yəqin səviyyəsində sahib olmaları səbəbiyle, yəqin hasil etmələri səbəbiylə.
"Elə isə Allahu Təala imamlar göndərir. Hər dövrdə bir imam mütləq vardır. O imamlar iki ayrı mahiyyət ifadə edərlər.
1- Bu imam nəbidir. Peyğəmbər Əfəndimiz (s.ə.v) kimi. O, Allahu Təalanın söylədiyi nəbilərin, nəbi imamların sonuncusudur. Burada Allahu Təalanın göndərdiyi imamlar hüzur namazının imamlarıdır. (Allahu Təalanın qatında, hüzur namazı deyə bir namaz qılınar sevimli qardaşlarım. Hüzur namazının imamı daim nəbilərdəndir. Əgər bir nəbi yəni bir peyğəmbər həyatda isə mütləq o, hüzur namazının imamlığını qəbul etmişdir. Öhdəsində hüzur namazının imamlığı vardır. Allah onu, əsaladan hüzur namazının imamlığına təyin edər. Allah`ın hüzurunda hər gün 7 vaxt namaz qılınar. Bu qılınan namazda, minlərlə adam namaz qılar.) Sevimli qardaşlarım, bu namazın adı hüzur namazıdır. Allah`ın hüzurunda qılınan bir namazdır. Elə isə bu namazın əsl imamı, mütləq olaraq peyğəmbərdir.
2- Amma bilirsiniz ki, peyğəmbərlər arasında fitrət dövrləri vardır. Yəni peyğəmbərlərin olmadığı, yaşamadığı dövrlər. O peyğəmbərlərin olmadığı, yaşamadığı dövrlərdə, Allahu Təala fərqli bir vəziyyət ortaya qoyur. Yenə oraya, hüzur namazının imamlığına imam təyin edir. Amma bu imam, nəbi (peyğəmbər) deyil, qövm rəsullarından, peyğəmbər olmayan rəsullardan biridir. Fitrət dövrlərində, peyğəmbərlərin olmadığı dövrlərdə, Allahu Təala nəbi olmayan rəsullardan, vəli rəsullardan birini vəzifəli edir. Risalət müəssisəsinə baxdığımız zaman bütün dövrlərdə, bütün qövmlərdə rəsulların yaşadığını görürük. Bütün dövrlərdə və bütün qövmlərdə, mütləq onların dili ilə danışan bir vəli rəsul mütləq olaraq mövcuddur. Allahu Təala buyurur ki:
-23/MU'MİNUN-44: Summə ərsəlna rusuləna tətra, kulləma caə ummətən rəsuluha kəzzəbuhu fə ətba’na ba’dahum ba’dan və cəalnahum əhadis(əhadisə), fə bu’dən li kavmin la yu’minun(yu’minunə).
Sonra Biz rəsullarımızı ard-arda (arası kəsilmədən) göndərdik. Hər ümmətə elçisi gəldiyi zaman, hər dəfə onu yalanladılar. Biz də onları bir-biri arxasından (həlak etdik). Və onları əfsanə etdik. Artıq mömin olmayan qövm (Allah`ın rəhmətindən) uzaq olsun.
Allahu Təala: "Biz bütün qövmlərə, ard-arda rəsul göndərdik. Hansı qövmə elçisi çatdısa, o qövmdəkilər mütləq o elçini inkar etdilər." deyir. Bu səbəblə hər qövmdəki rəsulların inkar edilməsi, Qurani Kərimdə sabitdir.
Elə isə Mehdi Rəsul da, başlanğıcdan etibarən bir çox insan tərəfindən inkar edilmişdi. Amma insanlar, onun söylədiyi həqiqətləri Qurandan açıb da, tam olaraq yerli yerinə oturduğunu görüncə, o zaman risaləti qəbul etmək məcburiyyətində qaldılar. Yalnız söylədiklərini, Mehdi Rəsulun söylədiklərini araşdırmayanlar, O`nun nə söylədiyindən xəbərdar olmayanlar, "Bu qədər alim onun söylədiyindən başqasını söyləyir. O qədər alim bilməyəcək, o mu biləcək?" deyə O`nu qəbul etməyən bir çox insan da var. Tədqiq edə bilsələr, tədqiq etdikləri anda bütün suallarının cavabını orada tapacaqlar, izah etdiklərində tapacaqlar. Və çağımızın bu günki mücəddidi olduğunu hər kəs görəcək.
Sevimli qardaşlarım, demək ki Allahu Təala insanlarla özü arasına, rəsullar qoyur. Bu rəsullar imamdır. Allahu Təala: "İnsanların ruhlarını Allah`a çatdırsınlar deyə, insanları əmrimizlə hidayətə çatdırsınlar deyə, insanlara rəsullar təyin edərik." deyir. Allahu Təala əslində rəsul sözünü istifadə etməmiş, imam sözünü istifadə etmiş. Amma bilirik ki, hər dövrdə bütün qövmlərin içində rəsullar yaşar. Mu'minun-44, bunun qəti işarəsini daşıyır. Bəqarə-87də də Allahu Təala: "Biz bütün qövmlərə, bütün dövrlərdə rəsul göndərərik." deyir.
-2/BƏQƏRƏ-87: Və ləkad atəyna musal kitabə və kaffəyna min ba’dihi bir rusuli və atəyna isabnə məryəməl bəyyinati və əyyednahu bi ruhil kudus(kudusi), ə fə kulləma caəkum rəsulun bima la təhva ənfusukumustəkbərtum, fə fərikan kəzzəbtum və fərikan taktulun(taktulunə).
And olsun ki, Biz Musaya kitab verdik və ondan sonra ard-arda rəsullar göndərdik. Və Məryəmin oğlu İsaya bəyinələr (açıq dəlillər) verdik və onu Ruh'ul Qüds ilə dəstəklədik. Belə ki, nəfslərinizin xoşlanmadığı bir şeylə gələn rəsula qarşı, hər dəfə qürurlandınız. Bu səbəblə bir qismini yalanladınız və bir qisimini də öldürürsünüz. İbrahim Surəsinin 4. ayəti kəriməsində Allahu Təala deyir ki: "Heç bir qövm olmamışdır ki, Biz onlara ard-arda, onların dilləriylə danışan rəsullar göndərmiş olmayaq."
-14/İBRAHİM-4: Və ma ərsəlna min rəsulin illa bi lisani kavmihi li yubəyyinə ləhum, fə yudillullahu mən yəşau və yəhdi mən yəşau, və huvəl azizul hakim(hakimu).
Heç bir rəsulumuz yoxdur ki, Biz onu öz qövmünün diliylə göndərmiş olmayaq. Onlara (öz dilləriylə) bəyan etsin (açıqlasın) deyə. Elə isə Allah dilədiyini (Allah`a çatmağı diləməyənləri) dəlalətdə buraxar. Dilədiyini (Allah`a çatmağı diləyənləri) hidayətə çatdırar. Və O, Əzizdir, Hikmət Sahibidir.
Nə demək istəyir görəsən Allahu Təala? Sevimli qardaşlarım, can dostlarım, könül dostlarım, Allahu Təala nə demək istəyir? Bütün qövmlərə, bütün dövrlərdə rəsul göndərdiyini söyləyir. Hər qövmdə, onların dilini danışan bir rəsul. Elə isə Allahu Təala mütləq bütün qövmlərdə Allah`la insan arasına, onları hidayətə çatdırsın deyə, o qövmdə yaşayan insanları hidayətə çatdırsın deyə, rəsullar vəzifəli edir. Bu rəsulların hamısı, Allah ilə insanlar arasında bir vasitədir. Allah`ın söylədiklərini hər kəs eşidə bilməz. Eşidə bilənlər, Allah`ın üst nöqtələrə çıxardığı insanlardır. İşdə bütün dövrlərdə, Allahu Təala bütün qövmlərdə rəsul bəas edir. Allahu Təala İsra-15də deyir ki: "Biz bir rəsul göndərmədikcə, heç bir qövmə əzab vermərik."
-17/İSRA-15: Mənihtəda fə innəma yəhtedi li nəfsih(nəfsihi), və mən dallə fə innəma yadıllu aləyha, və la təziru vazirətun vizrə uhra, və ma kunna muazzibinə hatta nəb’asə rəsula(rəsulən).
Kim hidayətə çatdısa, yalnız öz nəfsi üçün (nəfsini təziskiyə etdiyi üçün) hidayətə çatar. Elə isə kim dəlalətdə isə məsuliyyəti yalnız öz üzərində olaraq dəlalətdə qalar. Yük daşıyan (günahı yüklənən) bir kimsə, bir başqasının yükü ilə (günahını) yüklənməz. Və Biz, bir rəsul göndərmədikcə əzab edici olmadıq. Hər kəs mütləq, qiyamət günü cəhənnəmə gedəcək. Cəhənnəmi görərək çölə çıxıb, cənnətə girənlərin xaricindəkilərin hamısı yəni insanların böyük əksəriyyəti cəhənnəmdə qalacaq, əbədi olaraq orada əzab görəcəklər.
Bəli, insanların azı deyil çoxu çox təəssüf ki. Şeytan, insanların çoxunu, mütləq Allahın yolundan sapdırmaq üçün böyük səylərin içindədir. Çox təəssüf ki bunda müvəffəqiyyətli də olur. Sevimli qardaşlarım, Allahu Təalanın bizlərə çatdırdığı məlumat dəstəsi içərisində görürük ki, insanların Allah ilə olan əlaqələrində daim bir vasitə var. Allah ilə danışa bilən, Allah`dan götürdüyünü insanlara çatdıran bəziləri. Bu ən üst addımda dövrün imamıdır. Səcdə Surəsinin 24. ayəti kəriməsində Allahu Təalanın söylədiyi, "İmamlar etdik." dediyi adam Allah`ın ayələrinə Hakk'ul yəqin səviyyəsində vəqf olan, yəqin hasil edən biridir.
-32/SƏCDƏ-24: Və cəalna minhum əimmətən yəhdunə bi əmrina ləmma sabəru və kanu bi ayatina yukınun(yukınunə).
Və onlardan, əmrimizlə hidayətə çatdıran imamlar etdik və səbr sahibi olduqları və ayələrimizə (Hakk'ul yəqin səviyyəsində) yəqin hasil etmiş olduqları üçün. İşdə sevimli qardaşlarım, belə bir dizaynda Allah ilə insanlar arasındakı ən üst mövqedəki insan, bu imamlardır.
Səcdə Surəsinin 24. ayəti kəriməsində bəhs edilən imam, mütləq bir vəli rəsuldur. Yəni, nəbi olmayan (peyğəmbər olmayan) yalnız Allah`ın dostu olan bir rəsuldur. Amma hüzur namazının imamlığının gerçək sahibləri nəbi olan rəsullardır, yəni peyğəmbər rəsullardır. Allahu Təala onlardan da bəhs edir. Ənbiya Surəsində ard-arda peyğəmbər adları verir. Hz. İbrahim, Hz. Yaqub kimi. O peyğəmbər adlarından sonra deyir ki: "Biz onları imamlar etdik."
-21/ƏNBİYA-73: Və cəalnahum əimmətən yəhdunə bi əmrina və əvhayna iləyhim fi’ləl hayrati və ikaməs salati və itaəz zəkah(zəkati), və kanu ləna abidin(abidinə).
Və onları, əmrimizlə hidayətə çatdıran (ölmədən əvvəl ruhları Allah`a çatdıran) imamlar etdik. Və onlara xeyrlər işləməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Və onlar Bizə qul oldular. Burada görürük ki,
Ənbiya Surəsinin 73. ayəti kəriməsində Allahu Təala imamlar göndərmişdir. Amma imam etdikləri, Allah`ın nəbiləridir (peyğəmbərləridir). Elə isə bunlar da insanla Allah arasında bir vasitəsidirlər. Yalnız o qədərmi sevimli qardaşlarım? Xeyr, o qədər deyil. Daha sonrası var mövzunun. Allahu Təala bu imamlardan bəhs edir. Bunlar, hüzur namazının imamlarıdır.
Amma insanla Allah arasına girən, fərqli mahiyyətdə olan insanlar da vardır. Rəsul olmayan insanlar da vardır. Allahu Təala bunlara "mürşidlər" deyir. Allahu Təala buyurur ki: "İnsanlardan, cinlərdən və mələklərdən rəsullar seçərik." deyir. Cin rəsullar da vardır, mələk rəsullar da vardır, insan rəsullar da vardır. Cin rəsullar öz aləmlərində risalət vəzifəsini edir. Mələklər, mələk olaraq gəlirlər, bu dünyada vəzifə yerinə yetirirlər. İnsanları hidayətə çatdırmaq üzrə Qurani Kərim bir çox mələk rəsulun gəldiyini söyləyir.
Elə isə sevimli qardaşlarım, can dostlarım, könül dostlarım, belə bir dizaynda Allahu Təala: "Səbillərin (bütün insanların izləyəcəkləri yolun) təyini Allah`a aiddir." deyir.
-16/NƏHL-9: Və alallahi kasdus səbili və minha cair(cairun), və ləv şaə lə hədakum əcmain(əcmainə).
Və səbillərin (dərgahlardan Siratı Mustakimə çatan bütün yolların yəni mürşidlərin) təyini, Allah`ın üzərinədir. Və ondan sapanlar vardır. Və əgər O diləsəydi, sizin hamınızı hidayətə çatdırardı. Hər səbilin başında mütləq bir mürşid vardır. Səbil, bütün mürşidlərin olduqları dərgahlardan, dövrün imamının dərgahına çatan yolların adıdır. O yolların başında mütləq bir mürşid olar.
Onun üçün Allahu Təala: "Səbillərin təyini, təsbiti Allah`a aiddir. Heç kim öz mürşidini seçə bilməz." deyir. "Mürşidi Allah təyin edər." deyir. Bundan müstağni olan biri varmı? Bəli, bir adam var. Dövrün imamı. Niyə müstağnidir? Çünki insanlar hansı mürşidə tabe olurlar olsunlar, o mürşid mütləq dövrün imamına tabe olacaq. Allahu Təala mürşidlərə, gerçək mürşidlərsə mütləq bu məlumatı çatdıracaq. Onlar da tabe olacaqlar. Elə isə sevimli qardaşlarım, can dostlarım, könül dostlarım, Allahu Təalanın dizayn etdiyi belə bir atmosferdə mürşidlər söz mövzusudur.
Yaxşı, bu mürşidlərin vasitəçiliyi, hansı mahiyyətdə bir vasitəçilikdir? Bu mürşidlərə tabe olunduğu zaman, dövrün imamının ruhu o insanların başının üzərinə gəlir və yerləşər. Beləcə ruh, dünya həyatını o adam yaşayarkən, Allah`a dönmək üçün hazır bir mahiyyət daşıyar. Sevimli qardaşlarım elə isə, bu mürşidlərə diqqətlə baxın. Bunlar, Allahu Təalanın yolunda irşad mövqesinin sahibi qılınmışlar. Amma hər səviyyədə hər kəsin çata biləcəyi bir yaxınlıqda bir mürşidin olduğunu görürük. Tabelik, Allahu Təala tərəfindən fərz qılınmışdır. Allahu Təala Maidə Surəsinin 35. ayəti kəriməsində deyir ki:
-5/MAİDƏ-35: Ya əyyuhalləzinə amənuttəkullahə vəbtəgu ileyhil vəsilətə və cahidu fi səbilihi ləalləkum tuflihun(tuflihunə).
Ey amənu olanlar (Allah`a çatmağı, təslim olmağı diləyənlər), Allah`a qarşı təqva sahibi olun və O`na çatdıracaq vəsiləni istəyin. Və O`nun yolunda cihad edin. Ümid edilər ki, beləcə siz fəlaha çatarsınız. "Ey amənu olanlar, təqva sahibi olun." Amənu olduqları zaman, onsuz da təqva sahibi olmuşlar. Bunun mənası: "İkinci dəfə təqva sahibi olun." deməkdir.
"Sizi kim Allah`a çatdırmağa vəsilə olacaqsa, o vəsiləni Allah`dan istəyin." deyir. İşdə burada, artıq rəsul olmayan mürşidlər dövrəyə girmişdir. Allahu Təalanın, hər kəsin çata biləcəyi nöqtədə bir mürşidi mütləq mövcuddur. O adam ehtiyac namazını etdiyi zaman, Allahu Təala onu, o mürşidə göndərəcək.
Bütün mürşidlər dövrün imamına bağlıdırlar. O mürşidə tabelik reallaşdığı anda, dövrün imamının ruhu mütləq o adamın başının üzərinə gəlir və yerləşər. Ərşi tutan mələklərlə dövrün imamı, bütün tabeliklərdə hazır olar. O tabelik, hansı mürşid əliylə reallaşsa reallaşsın, istər vəkil mürşid olsun, istər mürşid olsun, istərsə hər hansı bir qövmdəki rəsul olsun amma dövrün imamı o rəsulların ən üstünü olandır. Yalnız onun ruhu, kim tabe olsa, Mömin Surəsinin 15. ayəti kəriməsinə görə, o adamın başının üzərinə gələr və yerləşər:
-40/MU'MİN-15: Rəfiud dərəcati zul arş(arşi), yulkır ruha min əmrihi ala mən yəşau min ibadihi li yunzirə yəvmət təlak(təlakı).
Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah, qullarından (Özünə çatdırmağı) dilədiyi adamın (Allah`a çatmağı dilədiyi üçün Allah`ın da Özünə çatdırmağı dilədiyi adamın) üzərinə (başının üzərinə) Allah`a çatma gününün gəldiyini (o adamın ruhuna) xəbərdarlıq etmək üçün, əmrindən (Allah`ın əmrini təbliğ edəcək) bir ruh (dövrün imamının ruhunu) çatdırar. Allahu Təala deyir ki: "Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah.
" Dərəcələri yüksəldən nə deməkdir? Kim mürşidə tabe olsa, tabe olduğu anda Allahu Təala onun bütün günahlarını savaba çevirər. Daha əvvəl Allah`a çatmağı dilədiyi zaman, günahlarını onsuz da örtmüşdür. Bu nöqtədə də Furqan Surəsinin 70. ayəti kəriməsi lazımınca savaba çevirər:
-25/FURKAN-70: İlla mən tabə və amənə və amilə amələn salihan fə ulaikə yubəddilullahu səyyiatihim hasənat(hasənatin), və kanallahu gafurən rahima(rahimən).
Ancaq kim (mürşidi qarşısında) tövbə edər (beləcə ürəyinə iman yazılıb, imanı artan) mömin olar və saleh əməl (nəfs təzkiyəsi) etsə, o təqdirdə işdə onların, Allah səyyiatlərini (günahlarını) hasənata (savaba) çevirər. Və Allah, Gafurdur (günahları savaba çevirəndir), Rəhmdir (rəhmət nuru göndərəndir).
Allahu Təala deyir ki: "Kim tövbə edər də (mürşidin qarşısında tövbə edər sə) mömin olar." Tövbə etdiyi zaman, adam imanı artan bir mömin olur. Tövbə edər də belə imanı artan bir mömin olsa və adam nəfs tezkiyesine başlarsa, amilüssalihat etsə, "Adam bunu etdiyi zaman, tabeliyini reallaşdırdığı zaman" deyir, o insanlardan bəhs edir. Tabeliyini reallaşdırmış, tövbə etmiş, mömin olmuş. "O zaman Biz onların günahlarını savaba çevirərik." deyir. "Allah, onların səyyiatını hasənata çevirər." deyir.
-25/FURKAN-71: Və mən tabə və amilə salihan fə innəhu yətubu ilallahi mətaba(mətabən)
Və kim (mürşidi qarşısında) tövbə edər və saleh əməl (nəfs təzkiyəsi) işlərsə, o təqdirdə şübhəsiz ki o, tövbəsi qəbul edilmiş olaraq Allah`a çatar (həyatdaykən ruhu Allah`a çatar). Allahu Təala: "Onların ruhları Allah`a dönər, Allah`a çatar. Tövbələri qəbul edilmiş bir şəkildə, ruhları Allah`a dönər." deyir. Elə isə bu, lütfkarlıqla edilən bir tövbədir. Bu tövbənin qəbul edilməsi, o adamın günahlarının savaba çevrilməsiylə nöqtələnər.
Sevimli qardaşlarım, can dostlarım, könül dostlarım, görürük ki, hər kəs üçün bir mürşid mütləq vardır. Allah`ın təyin etdiyi bir mürşid, hər kəsin çata biləcəyi bir yerdədir. O vəkil mürşidə çatanlar, nəticədə dövrün imamının ruhu mütləq başlarına gəldiyi üçün, eyni nəticəyə çatırlar. Dövrün imamına da tabe olsalar, başlarının üzərinə dövrün imamının ruhu gələcəkdir. Bir vəkil mürşidə də tabe olsalar, başlarının üzərinə dövrün imamının ruhu gələcəkdir.
Amma tövbə etmə səlahiyyəti, insanların öz-özünə əldə etdikləri bir səlahiyyət deyil. Tövbə etdirmə səlahiyyəti yəni irşad mövqesinə gəlmə səlahiyyəti, Allahu Təala tərəfindən təmin edilən bir müəssisədir. İstəsə adam iradəsini də Allahu Təalaya təslim edərək, Allah`ın özlüyündə irşad mövqesinə gətirdiyi üst səviyyə bir mürşid olsun, istərsə bir vəkil mürşid olsun, nəticə dəyişməz. tabe olunduğu zaman onların başının üzərinə dövrün imamının ruhu gəlir. Elə isə Mömin-15də Allahu Təala bu mövzunu söyləyir:
"Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah (Dövrün imamı, daim ərşi tutan mələklərlə bərabərdir.), qullarından dilədiyi üzərinə Allah`ın əmrindən ruh göndərər." Kimdir bu dilədiyi adam? Tabe olan adam. Allahu Təala ona yəvm'ət talağının gəldiyini söyləməsi üçün, dövrün imamının ruhunu göndərir. Yevm'et talaq, Allah`a mülaki olma günüdür. "Sənin Allaha mülaki olma günün gəldi." deyir. Və burada dövrün imamı söz mövzusudur. Bu gələn, dövrün imamıdır.
Amma mürşidlər hər yerdə, hər vaxt mütləq vardır. Bir vəkil mürşidə tabe olan adamın tabeliyi, normal bir mürşidə tabe olmanın və ya bir rəsula tabe olmanın standartlarıyla ekvivalentdir. Çünki kimə tabe olursa olsun, tabeliyi reallaşdıra biləcək olan bir vəkil mürşiddən dövrün imamına qədər, kimə tabe olursa olsun tabe olan adam, mütləq eyni hadisə cərəyan edər.
Onların başlarının üzərinə mütləq dövrün imamının ruhu gəlir. Sevimli qardaşlarım, görülür ki insanla Allah arasında vəkil mürşidlərdən başlayın, mürşid dəyin, üst dərəcə mürşid deyin, rəsul mürşid deyin, dövrün imamı olan mürşid deyin, 7 addım mürşidi hörmətli, hər birisi eyni hökmü bədənə gətirər. Hansına bir insan tabe olursa olsun, Mömin Surəsinin 15. ayəti kəriməsi lazımınca onun başının üzərinə mütləq dövrün imamının ruhu gəlir. Elə isə Allahu Təala, mürşidə tabeliyi necə reallaşdıracağımızı da bizə təsvir edir. Bəqərə Surəsinin 45 və 46. ayələrində deyir ki:
-2/BƏQƏRƏ-45: Vəstəinu bis sabri vəs salat(salati), və innəha lə kəbiratun illa alal haşiin(haşiinə).
(Allah`dan) səbirlə və namazla istianə (xüsusi kömək) istəyin. Və şübhəsiz ki, o (ehtiyac namazı ilə Allah`a çatdıracaq mürşidini soruşmaq), huşu sahibi olanlardan başqasına əlbəttə ağır gəlir.
-2/BƏQƏRƏ-46: Əllezinə yəzunnunə ənnəhum mulaku rabbihim və ənnehum iləyhi raciun(raciunə).
Onlar (o huşu sahibləri) ki, Rəblərinə (dünya həyatında) şübhəsiz mülaki olacaqlarına və (sonunda ölümlə) O`na dönəcəklərinə yəqin dərəcəsində inanarlar. "İstianəyi (hansı mürşidə tabe olacağınızı) ehtiyac namazı edərək, Allah`dan soruşun." deyir. "Namazla və səbirlə" deyir. "Amma bu çətin bir işdir." deyir. Allah`a çatmağı diləməyən bir insan, nə qədər namaz qılsa, nə qədər Allahu Təalaya yalvarsa, Allahu Təala ona mürşid göstərməz. Amma kim Allah`a çatmağı diləsə, Allahu Təala mütləq ona mürşidini göstərər.
Çünki Allah`ın sözü vardır. Kim Allah`a çatmağı diləsə, Allah onun ruhunu mütləq Özünə çatdıracaq. Elə isə çatdıracağına görə, mütləq bu mövzunu Allahu Təala həll edir. Sevimli qardaşlarım, can dostlarım, könül dostlarım, görülür ki hər vəziyyətdə, hər kəs üçün bir mürşid mütləq vardır. Bu mürşidləri Allahu Təala insanlarla Öz arasına qoyur. Bir də Allah`la adam arasına girən, mürşid olmayan amma daimi zikrə çatmış olanlar (ulul'əlbab olanlar) vardır.
-21/ƏNBİYA-7: Və ma ərsəlna kabləkə illa ricalən nuhi iləyhim fəs’əlu əhləz zikri in kuntum la ta’ləmun(ta’ləmunə).
Və səndən əvvəl, vəhy etdiyimiz rical (kişilər)deyil başqasını göndərmədik. Əgər bilmirsinizsə, zikr əhlindən (daimi zikrin sahiblərindən) soruşun. Allahu Təala: "fəs'əlu əhləz zikri ən kuntum la dələmin: Əgər bilmirsinizsə zikr əhlindən soruşun." deyir. Kimlərdir bu ulul'əlbab olan daimi zikrin sahibləri?
Onlar Allahu Təala tərəfindən, Allah ilə danışmaq qabiliyyətinin sahibi qılınmışlar. Onlara soruşulunca, onlar Allah`dan soruşacaq və cavabları alıb çatdıracaqlar. Elə isə Allah`dan ehtiyac namazıyla mürşidi soruşmaq səlahiyyətində olanlar kimlərdir? Huşu sahibləridir. Allahu Təala: "Mütləq aləl haşiin." "Amma huşu sahibləri xaric." deyir. "Əllezinə yəzunnunə ənnəhum mulaku rabbihim və ənnəhum iləyhi racinin.
- Onlar qəti şəkildə inanarlar ki, mütləq Allah`a çatacaqlar, ruhlarını həyatdaykən mütləq Allah`a mülaki edəcəklər. Sonra ölümdən sonra, bir daha ruhları Allah`a rücu edəcək.
" Elə isə, sevimli qardaşlarım, can dostlarım, könül dostlarım, normal vasitəçilər mürşidlərdir. Amma hələ mürşid olmaq səlahiyyətinin, yəni Allah`a çatdırıcı mürşid olmaq səlahiyyətini qazanmamış olan, ulul'əlbab nöqtəsində Allah`la təzəkkür etmək imkanının sahibi qılınan adam da, Allah`dan xəbərlər alıb başqalarına çatdıra bilməkdədir. Yəni bu da bir vasitəçilik vəzifəsidir. Allahu Təala: "Təzəkkür edəbilən ululəlbabdır." deyir.
-3/ALİ İMRAN-7: Huvəlləzi ənzələ aləykəl kitabə minhu ayatun muhkəmatun hunnə ummul kitabi və uharu mutəşabihat(mutəşabihatun), fə əmməlləzinə fi kulubihim zəygun fə yəttəbiunə ma təşabəhə minhubtigaəl fitnəti vəbtigaə tə’vilih(tə’vilihi), ve ma ya’ləmu tə’viləhu illallah(illâllahu), vər rasihunə fil ilmi yəkulunə amənns bihi, kullun min indi rabbina, və ma yəzzəkkəru illa ulul əlbab(əlbabi).
Kitabı sənə endirən O`dur. Onun bir qisimi möhkəm (hökm ehtiva edən, mənası açıq olan) ayələrdir, onlar Kitabın əsasıdır və digərləri, muteşabihtir (şərhə açıq ayələrdir).
Lakin ürəklərində əyrilik (batilə meyl) olanlar, bu səbəblə muteşabih olanlara (şərh tələb edənlərə) tabe olarlar. Ondan fitnə çıxarmaq üçün, onun şərhini etmək istəyərlər. Və onun şərhini Allah`dan başqa heç kim bilməz və elmdə rusuh sahibləri isə: "Biz O`na iman etdik, hamısı Rəbbimizin qatındandır" deyərlər, onlar da təzəkkür edə bilməzlər, yalnız Ulul'əlbab (daimi zikrin və sirlərin sahibləri) (təzəkkür edə bilər). Allahu Təala: "Allah ilə təzəkkür edəbilənlər, yalnız Allah`ın təşbehli ayələrini açıqlaya bilərlər." deyir.
Elə isə görünür ki, insanla Allah arasında hər vaxt vasitəçilər mövcuddur. "Allah`la insanın arasına kimsə girə bilməz." sözü, bu səbəblə bir batil ifadədir və açıq şəkildə bir xurafatdır.
Sevimli qardaşlarım, Allah`a sonsuz həmd edirik, şükr edirik ki, bir daha bizləri Allah`ın bir zikr söhbətində birlikdə etdi və bu gözəlliyi bizlərə bir dəfə daha yaşatdı. Allahu Təalanın hüzurunda, Allah`a həmd və şükr edərək hüzurunuzdan ayrılırıq inşaallah.
Allah dostu İ.İ.Ə.M.