Unudulmuş həqiqət və xoşbəxtliyin sirri.

Əziz qardaşlar, sizlərə əsirlər boyu var olan, ancaq unudulmuş xoşbəxtliyin sirrini açmağı Uca Allah nəsib etdiyi üçün Allaha sonsuz həmd və şükür edərək sözlərimizə başlayaq. Sizlərdən Allah xatirinə bir xahişim var. Bir anlıq da olsa ,bu yazını oxuyarkən dünyavi problemlərinizi kənara qoyub diqqətinizi cəm edin! Sizə sual verəndə ki , hansı dinin mənsubusan? Cavab: Müsəlmanam .İslam dinindənəm deyirik. Gözəl sözdür ,həqiqətən müsəlman olmaq çox şərəfli işdir. İndi sizə bir sual verəcəm.
Müsəlmanların pənahı iki cahan sərvəri Məhəmməd (s.ə.s) əfəndimiz və bədəvi həyat sürən ərəblər. O,ərəblər ki,bir-birinə düşməndi. Doğulan qız uşaqlarını diri-diri basdırır,çox biyabır həyat sürürlər və bir gün Allah peyğənbər əfndimizə Qurani Kərimin ayətlərini vəhy edir və bu ərəblər peyğəmbərlə birlikdə 23 il ərzində bizlərə və bütün dünyaya səhabə olaraq nümunə oldular. Allah onların necə səhabə olduqlarını Quranda belə buyurur:
-Ali İmran -119. Ey möminlər ! Siz elə kimlərsiniz ki,onlar sizi sevmədikləri halda siz onları sevərsiniz,və siz kitabın bütününə iman edərsiniz. Onlar sizinlə qarşılaşdıqları zaman “İman etdik”dedilər,ama tənhada öz başlarına qaldıqları zaman sizə olan hirslərindən barmaqlarını dişlərlər. De ki: ”Hirsinizdən ölün” heç şüphəsiz Allah sinələrdə olanı bilir. Bəli əzizlərim səhabə neylədi? Səhabə Qurana inandı,iman etdi. Bəs siz Qur”ana inanırsınız? Hamımız əlbətdə inanırıq deyəcəyik.
Elə isə diqqətlə baxaq. Ərəblər Qur”ana 23 il ərzində inandı səhabə oldu.Quran bizim əlimizdə 14 əsirdi yəni 1400 ildir.Müqayisəyə baxın 23 il 1400 il. Əzizlərim biz niyə bizi sevməyəni sevə bilmirik? Hətta bizi sevənədə şüphə ilə yanaşırıq. Bu gün müsəlmanlar dedikdə insanların gözünün qabağına “terorçu” gəlir. Sən edən ibadətləri hamımız edirik amma bir-birimizi bəyənmirik. İşimiz düz getməyəndə səbəbini başqasında axtarırıq. Heç nə tapa bilməyəndə səhər qabağımıza çıxanın ayağına söyürük. Heç nədən çəkinmədən bir-birimizin qeybətini edirik. Sonrada deyirik ki,biz müsəlmanıq və Qurana inanırıq. Heçdə köksünüzü ötürərək ümüddən düşməyin səhabədə əvvəl bizim kimi olub,ancaq onlar peyğənbərin o sehir mənalı dəvətinə inanıb onu qəbul ediblər və həm bu dünya səadətini həm də cənnət səadətinə qovuşublar.
Nədir bu sirr? Nədir bu dəvət? Hamımız istəyirik ki,özümüz və övladlarımız sakit həyat sürək ,əlbətdə ki,öldükdən sonra da cənnətə girək. Əzizlərim, yox çətin deyil,çox asandır. Asan olmasaydı səhabə onu 23 ilə yaşaya bilərdimi? Səhabəyə Quran 23 ilə nazil olub . Bizim isə əlimizdə bütöv və hər kəsin başa düşəcəyi formada kitabımız var. Deməli xoşbəxtliyin lap astanasındayıq . Elə isə diqqətinizi bir azda cəmləyin! Allahu Təala Adəm (s.ə.s) peyğənbəri yer üzünə göndərəndə, -Taha surəsinin 123-cü ayəsində belə deməkdədir: ə belə deməkdədir:
İkinizdə oradan aşağıya enin! Hamınız (şeytan və biz) bir- birinizə düşmən olaraq. Bundan sonra Məndən sizə hidayət gələcək. O zaman kim hidayətimə tabe olarsa o dəlalətdə qalmaz və şaki olmaz. – Deməli düşmənimiz şeytan bizi bu hidayətdən yayındırmaqla məşğuldur,axı Allaha söz verib. Allah bunu bizə Quranın Əraf surəsi 14-15-16-17 –ci ayələrində bildirməkdədir. Əziz oxucular bilirəm hamınız sirrin nə olduğunu səbirsizliklə gözləyirsiniz.
Elə mən də onu deməkdə səbirsizlənirəm. Lakin elə mövzu var ki,siz onu bilmək məcburiyyətindəsiniz. Necə deyərlər başdan oxu başa düş! Əzizlərim, hər bir mexaniki cehazın mütləq pasportu var. Orada o cihazın iç tərkibi və iş funksiyası yazılır. İnsan özüdə Allah tərəfindən yaradılan bir bəşərdir və onun kitabıda Qurandır. Allah bizi nədən yaradıb və niyə yaradıb sualını bu kitaba qoymaqdadır. Allah bizi üç bədəndən yaratdığını deyir. Birinci bədənimiz fiziki bədəndir. Hansı ki torpaqdan yaradıb,bu zahiri aləmə aiddir.Bunu Allah Hicr surəsi 26-ci ayədə belə buyurur :
Rəbbin mələklərə belə demişdi, Mən mütləq Haməin məskun olan salsalindən (standart insan şəkli verilmiş və orqanik dönüşə malik torpaq) bir bəşər (insan) yaradacağam. İkinci bədənimiz nəfsimizdir,hansı ki bərzaq aləminə aiddir. Bunu Allah Şəms surəsi 7-ci ayədə belə buyurur :
Nəfsə və onu (7 qədəmədə əhsənə dönəcək şəkildə) səvva edənə (dizayn edənə) (and olsun). Üçüncü bədənimiz Ruhdur,hansı ki Allah onu bizə bir əmanət olaraq özündən (zatından) üfürüb. Bunu Allah Səcdə surəsi 9-ci ayədə belə buyurur :
Sonra (Allah) onu yaratdı və onun içinə (fiziki bədənimizin içinə) ruhundan üfürdü və sizlər üçün səmi (eşitmə orqanı),basar (görmə orqanı) və fuad (idrak etmə orqanı) qıldı. Nə qədər az şükür edirsiniz? Allah bizi belə yaradıb. Sizdə daha iki bədən olduğunu bilirdinizmi? Nəfs və Allahdan olan Ruh.Bunu Allah Tin surəsi 4-5-ci ayədə belə buyurur :
And olsun ki,biz insanı (nəfsini) əhsəni təqvim (ən gözələ qovuşagaq şəkildə) yaratdıq. Sonra onu ,əsfəli safilinə (19 pis xüsusiyyətlə afətlə) iadə etdik (çevirdik).Deməli bu ayətdə Allah bizə xəbərdarlıq edir ki,siz nəfsinizi qoruya və müalicə edə bilməzsiniz künki ,şeytan məhz bu afətlərimizə (pis xüsusiyyət) vəsvəsə verərək sizi aldadır.
Nədir bu 19 afətlər? 1.Cəhalət. 2.Xəsislik. 3.Dedi-qodu. 4.Fitnə-fəsat. 5.Həsəd. 6.Hirs. 7.Üsyan. 8.Pis vərdişlər. 9.Kin və Ədavət. 10. Kibir. 11.Küfür. 12.Riyakarlıq. 13.Nankorluq. 14.Öfkə və Qeyz. 15.Səbirsizlik. 16.Vəfasızlıq. 17.Yalan. 18.Zülüm. 19.Zənn. Heçdə deməyin ki,mən nəfsimə qalib gələrəm. Çünki bizi yoxdan yaradan Allah Qurani Kərimin Nur surəsi 21-ci ayəsində belə buyurur: Ey amənu olanlar (Allaha inananlar) şeytanın addımlarına (vasvəsələrinə) tabe olmayın. Və kim şeytana tabe olursa o təqdirdə mütləq ki ,o (şeytan) fuhşu (hər pisliyi) və münkəri (inkarı və Allahın qadağan etdiyini) əmr edər. Və əgər Allahın rəhməti və fəzli sizin üzərinizə olmasaydı (nəfsinizin qəlbinə yerləşməsəydi) ikinizdən heç biri əbədiyyən nəfsini təzkiyə (yəni müalicə) edə bilməzdi. Lakin Allah dilədiyinin nəfsini təzkiyə edər. Və Allah Səmidir.(Ən yaxşı eşidəndir.) Alimdir. (Ən yaxşı biləndir.) Əziz oxucular bizi yaradan Allah bizi bu gür yaradıbsa və bizim həm bu dünya həmdə axirət həyatımızda xoşbəxt olmagımızı istəyirsə bəs onda insanlar niyə xoşbəxt ola bilmirlər? Xoşbəxliyin sirri bizim üçüncü bədənimiz olan Ruhun tələbidir. 3-cü bədənimiz olan Ruh yuxarıda oxuduğumuz kimi Allahın zatındandır,və Allahın əmrindəndir.Ruhun nəfsə paralel olaraq 19 xisləti (gözəl xüsusiyyəti) var. Necə ki,Nəfsin 19 afəti (pis xüsusiyyəti) var. Ruhun da tam əksinə olan 19 xisləti (gözəl xüsusiyyəti) var. Şeytan nəfsimizin afətlərindən istifadə edərək bizə pisi əmr edir. Ruh isə Allahın 19 xisləti ilə gözəlliyi əmr edir.
Nədir bu 19 xisləti? 1.Elim 2.Səxavət. 3.Sirr tutmaq. 4.Tövhid. 5.Ədəb. 6.Qənaət. 7.İtaət. 8.Fəzilətlər. 9.Sevgi. 10. Təvazu. 11.İman. 12.İxlas. 13.Şükür. 14.Sükunət. 15.Səbir. 16.Vəfa. 17.Doğruluq. 18.Ədalət. 19.Həqiqət. Hər bir insanın sərbəst iradəsi və ağlı var. Ağıl iki tələbdən birini qəbul edir, iradəmiz isə onu fiziki bədənə yönəldir. Bu bizim normal həyatda yaşayış tərzimizdir. Gah nəfsin tələbini icra edərək sıxıntı ikində yaşayırıq ,yada ruhun tələbini icra edərək xoş oluruq. İndi özünüz öz halınıza baxın,gün ərzində ən çox sıxıntı ikindəsiniz yoxsa xoş hal olursunuz? Əlbətdə ki,nə qədər ki,şeytan var sıxıntıda olacaq. İnsan hər gün bir maraq axtarışındadır,amma hər biri bir ötəri həvəsdir. İndi əsil xoşbəxtlik nədir? Cavabı yenə bizə bizi yoxdan var edən,sıxıntını və xoşhalı, ruzini, havanı, suyu, hər şeyi insan üçün yaradan Allah şərəfli kitabımız Qurani Kərimin bir çox ayələrində bildirməkdədir. Allah bu bir çox ayədə məhz bizim həm bu dünya həmdə axirət dünyamızda xoşbəxt olmamız üçün sirrləri qoyub. Və səhabə peyğənbər əfəndimizlə az bir müddətdə bu xoşbəxt və sakit həyatı yaşayıblar. İndi sıra sizdədir. Allah Bəqərə surəsi 186-cı ayədə belə buyurur: Kim Mənim dəvətimə icabət edərsə (qəbul edərsə) Məndə onun arzularına icabət edərəm. Əzizlərim nədir bu Allahın dəvəti? Allah bunu Yunus surəsi 25-ci ayədə belə buyurur: Mənim dəvətim mənim zatımadır (özümədir) . Əzizlərim hansı bədənimiz Allaha gedə bilər? Əlbətdə üçüncü bədənimiz ,yəni ruhumuz. Allah Zariyat surəsi 50-ci ayədə belə buyurur: Elə isə rəbbinə firar edin (qaçın). Allah Fəcir surəsi 28-ci ayədə belə buyurur: Rəbbinə dön (Allahdan) razı olaraq və Allahın rızasını qazanmış olaraq. Əmanət olan ruh bizə biz sağikən Allaha qaytarmağımız üçün verilib. Allah Ankəbut surəsi 5-ci ayədə belə buyurur: Kim Mənə qovuşmağı dilərsə ,Mən onu özümə qovuşduraram. Allah Şura surəsi 13-ci ayədə belə buyurur:
Mən insanları seçərəm. Seçdiklərimdən kim Mənə qovuşmağı dilərsə Mən onu özümə qovuşduraram. Bütün sirr bu istəkdədir. Əziz oxucular bu andan etibarən sizdə Allahın seçdikləri ikindəsiniz. Öz sərbəst iradənizlə Allaha ruhunuzu sağ ikən qovuşdurmağı istədiyiniz zaman Allah dostlarından biri olursunuz. Bunu Allah Yunus surəsi 62-ci ayədə belə buyurur: Mütləq ki,Allahın övliyasına (dostuna) qorxu yoxdur. Onlar məzlumda olmazlar elə deyilmi? Əzizlərim indi şeytan sizə vəsvəsə verməyə başlayacaq ki, biz ruhumuzu Allaha qaytara bilmərik. Allah bizim ölməyimizi istəyir? Bunu niyə din adamları demir ki? Onsuzda öləndə ruhumuz Allaha dönəcək. Elə bu vəsvəsələrlə şeytan bizi 1400 illik kitabımız Qurani Kərimdən ayırmağı bacarıb. Ruh bədəndən istədiyi zaman kıxar çünki o Allahın əmrindəndir. Allah bunu Əhzab surəsi 72-ci ayədə belə buyurur:
Biz əmanəti (ruhu) göyə ərzə və dağlara təklif etdik heç biri ona yuklənmədilər, qorxdular .Və insan ona yuklndi .Mutləq ki, o (nəfs) ,çox zalımdır,çox cahildir. Buradan görürük ki,ruh ancaq insandadır. Bəs onda ruh quşlarda ,balıqlarda ,heyvanlarda yoxdursa onlar necə yaşayırlar? Deməli bizi yaşadan ruh yox nəfsimiz və fiziki bədənimizin 70 trilyondan çox olan enerjisidir ki,o da Allah tərəfindən verilməkdədir. Əziz oxucular elə isə sual verirəm həm bu dünyada həmdə axirət dünyasında xoşbəxt olmaq istəyirsinizmi? İstəyirsinizsə əlinizi açın və Allahdan bu duanı yalvararaq qəlbdən istəyin.
Ey uca Allahım mənə əmanət olaraq veriyin Ruhu mən sənə bu dünya həyatında yaşayaraq təslim etmək istəyirəm. Nə olar mənidə o mübarək övliyaların kimi öz dostlarından biri eylə, mənidə və mənim kimi bütün insanlarıda sakit vı xoşbəxt həyat yaşamağı, öldükdən sonra cənnətlərində əbədi səfa sürməyimizi nəsib eylə. AMİN. Bəli əzizlərim məhz bu dilək ,bu arzu Allahın dərcahının açarıdır.Xoşbəxtlikdə bu diləkdən sonra başlayacaq. Duanın qəlbdən olub olmadığını hardan biləcəksiniz? Bunuda Allah Quranda bizə belə bildirib. Allah buyurur ki, kim mənə ruhunu sağ ikən qovuşdurmağı qəlbdən istərsə,Mən ona Allah sözünü zikir etməyi sevdirəcəyəm.Yəni insan hər gün ürəyində Allah, Allah, Allah deyə zikir etməyə başlayar. Zikir etdikcə qəlbi fərahlaşar,xoş hal olar. Hər dəfə Allah deyə zikir etdikcə ,Allah qatından bizim nəfsimizin qəlbinə 2 nur cələr və nəfsimizin 19 afəti (pis xüsusiyyəti) müalicə olunmağa başlayar.Bu afətlər azaldıqca şeytanın yolu daralar və vəsvəsəsi azalir. Bunları Allah bizə Quranda xəbər verir! Bunlar : Müzəmmil surəsi 8. Zümər surəsi 22 və 23 . Zuhruf surəsi 36-cı ayələrdir. Allahın sizi həm bu dünya həmdə axirət səadətinə qovuşdurmasını uca Allahdan diləyərək sizləri bu diləyi diləyənlərdən olmağınızı diləyirik. Allah hamınızda razı olsun.