Allaha qovuşulmaz?


Bismillahi Rəhmani Rəhim
(tarix 20.02 .2006)
Allah`a sonsuz həmd və şükür olsun ki,bir dəfə daha Allah`ın zikir söhbətində sizinlə bərabərik. Bir xürafədən bəhs etmək üçün burdayıq.
“Allah`a ölmədən əvvəl ruh qovuşulmaz.”deyirlər. ”İnsan ruhunun Allah`a qovuşması, Allah`a ceri dönməsi, Allah`ın Zat`ında yox olması deyə bir şey yoxdur.”deyirlər. Allah`u Təala, ruhumuzun biz həyatda içən Allah`a qovuşmasını, bütün insanların üzərinə fərz qılmışdır.
Sadəcə insanların üzərinə fərz qılına bilən bir xüsusdur. Cinlər üçün belə bir şey fərz deyil. Onlar bir ruhun sahibi deyillər, sadəcə Nəfisləri və Vücudları vardır. Ama Allah`a ceri döndərəcək bir Allah`ın ruhuna sahib deyillər. Nə mələklər nə cinlər nə də Allah`ın yaratdığı başqa bir varlığın heç biri, Allah onlara ruh üfürmədiyi üçün, Allah`a geri döndərəcək olan bir ruha sahib deyillər. Ama insan oğlu belə bir ruhun sahibidir və o ruhu mutləq Allah`a qovuşdurmaq məcburiyyətindədir. Doğrudan ruhumuzu ölmədən əvvəl Allah`a qovuşdurmaq üzərimizə fərzdirmi? Gəlin birlikdə ayətlərə baxaq. Allah`u Təala nə buyurur? Müzəmmil surəsinin 8-ci ayətində buyurur ki;
-73 Müzəmmil- 8.-vəzkurismə rəbbikə və təbəttəl ileyhi təbtila(təbtilən).
Və rəbbinin ismi`ni zikret və hər şeydən kəsilərək O`na qovuş. Allah`u Təala buyurur ki; ”Allah`ın ismini zikr et, Allah`ın ismiylə zikr et və hər şeydən kəsilərək O`na qovuş.” Yəni Allah`u Təala; ”Ruhunu, hər şeydən kəsilərək Allah`a qovuşdur” buyurur. Onda insan ruhunu həyatdaiçən Allah`a geri dondərilməsi üzərimizə fərz qılınmışdır. Sadəcə bu ayətmi? Xeyir: Allah`u Təala buyurur ki:
-39ZUMƏR-54. Və ənibu ila rabbikum və əslimu ləhu min kabli ən yə`tiyəkumul azabu summə lə tunsarun (tunsarunə).
Və rəbbinizə (Allah`a) yönəlin (ruhunuzu Allah`a qovuşdurmağı diləyin)! Və sizə əzab gəlmədən öncə O`na (Allah`a) təslim olun. (ruhunuzu,vücudunuzu nəfsinizi və iradənizi Allah`a təslim edin). (Yoxsa) sonra yardım olunmazsınız. Allah`u Təala; “Üzərinizə əzab gəlmədən öncəAllah`a yönəlin ,Allah`a qovuşmağı diləyin və Allah`a təslim olun.”buyurur.
Yəni Allah`u Təala: ”Ruhumuzu, vücudumuzu, nəfsimizi və iradəmizi Allah`a təslim edin.” buyurur. Bu günkü mövzumuz sadəcə bir dənəsi ilə əlaqədardır.Ruhun Allah`a geri dönməsi. Ama bu ayət-i kərimə (ZUMƏR-54) hamısını əhatə edir. Ruhu da,Vücudu da, Nəfsi də, İradəni də Allah`a təslim etməyi əhatə edir.Allah`a qovuşan, sadəcə ruhumuzdur. Geri qalanı təslim olurlar ama Allah`a qovuşmazlar. Demək ki;insan ruhunun Allah`a qovuşması , bu ayət-i kərimədə fərz qılınmışdır. O qədərmi? Xeyir. Allah`u Təala buyurur ki:
-51ZARİYAT-50:Fə firru ilallah(ilallahi,)inni ləkum minhənəzirun mubin(mubinun).
Elə isə Allah`a firar edin (qaçın və sığının). Mütləq ki mən sizin üçün O`ndan (Allah tərəfindən göndərilmiş) açıq bir nəzirəm. Allah`u Təala “Elə isə Allah`a firar edin” buyurur. Yəni “Allah`a qaçın, Allah`a sığının” deyir. Allah`u Təala; da buyurur ki:
-73MÜZƏMMİL-8: Vəzkurismə rəbbikə və təbəttəl ileyhi təbtila (təbtilən).
Və rəbbinin ismi`ni zikret və hər şeydən kəsilərək O`na qovuş. Yenə bir dönüş əmr edir.bir dəfə daha fərz. Allah`u Təala buyurur ki:
-4NİSA-58: İnnallahə yə`murukum ən tuəddul əmanati ila ehliha və iza hakəmtum bəynən nasi ən tahkumu bil adl (adli),innallahə nimma yəizukum bih (bihi) ,innallahə kanəsəmian basira(basiran).
Şübhəsiz ki Allah, əmanətləri sahibinə təslim etmənizi və insanlar arasinda hakimlik etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edər.Mütləq ki, Allah onunla (bununla) sizə nə gözəl öyut verir. Və mütləq ki, Allah ən yaxşı eşidən və ən yaxşı görəndi. Allah`u Təala; ”Allah əmanətləri, o əmanətlərin əhli olana təslim etmənizi əmr edər.”deyir.
Diqqət edin.”əmanətləri”,”əmanətlər”,şəklində çoxluq olaraq işlənilir. Ama əmanət sahibi üçün Allah`u Təala: ”əhliha”ifadəsi işlədir.“Onu əhlinə ,sahibinə”deyir. Allah`u Təala: ”Sahiblərinə”deməyir. Əmanətlərin bir dənə sahibi var: Allah. Ruhumuz da bir əmanət, vücudumuz da bir əmanət, nəfsimiz də bir əmanət, iradəmizdə bir əmanət. Hamısı da onlarin sahibi olan Allah`a təslim etməyə məcburuq. Bu bizim üzərimizə fərzdir. Allah`u Təala buyurur ki:
-89FƏCR-27: Ya əyyətuhən nəfsul mutmainnəh (mutmainnətu).
Ey mutmain olan nəfs!
-89FƏCR-28: İrcii ila rabbiki radiyətən mardiyyəh (mardiyyətən).
Rəbbinə dön (Allah`dan) razı olaraq və Allah`ın rızasını qazanmış olaraq!
-89FƏCR-29: Fədhuli fi ibadi.
(Ey vücud) O zaman, (nəfsini təzkiyə etdiyin və ruhunu Allah`a qovuşdurduğun zaman Mənə qul olarsan.) Qullarimin arasına gir.
-89FƏCR-30: Vəhduli cənnəti.
Və cənnətimə gir. Allah`u Təala; ”Ey mutmain olan nəfs! Allah`dan razı ol və Allah`ın rızasını qazan. Ey ruh! Rəbbinə geri dön. Ey vücud! Qullarımın arasına gir və cənnətimə gir. ”Bu halda Allah`u Təala açıq bir şəkildə: ”Ey ruh! Rəbbinə geri dön. Geri dönərək Rəbbinə qovuş” deyir. Əmr kəskin və açıq olaraq gəlir. Sonra bir başqa ayət-i kərimədə yenə eyni fərzi görməkdəyik:
-13RA`D-21:Vəlləzinə yasilunə ma əmərallahu bihi ən yusalə və yahşəvnə rabbəhum və yəhafunə suəl hisab (hisabi).
Və onlar Allah`ın (ölümdən əvvəl), Allah`a qovuşdurulmasını əmr etdiyi şeyi(ruhlarını), O`na (Allah`a) qovuşdururlar. Və Rab`lərinə qarşı huşu duyarlar və pis hesabdan (cəhənnəmə girməkdən) qorxarlar. “Və onlar Allah`ın Allah`a qovuşdurulmasını əmr etdiyi şeyi Allah`a qovuşdurarlar“. Demək ki;bir şeyin Allah`a qovuşdurulması əmr edilir. Qurani Kərimdə bir əmr yer almışsa, o mütləq üzərimizə fərzdir. Burada da “Və onlar, Allah`ın Allah`a qovuşdurulmasını əmr etdiyi şeyi O`na qovuşdurarlar.” ifadəsində ruhumuz ”Allah`ın qovuşdurulmasını əmr etdiyi şey”olaraq keçər. Ruhumuzun qovuşdurulması əmr edildiyinə görə,bu bir fərz hökmü daşıyır.
Görürsünüz ki, Ruhumuzun Allah`a biz ölmədən əvvəl qovuşdurulması üzərimizə dəfələrlə fərz qılınmışdır. Allah`ın kitabında açıqca yer alan bir təslim müəsisəsi var; Ruhumuzun biz həyatdaiçən Allah`a qovuşaraq, Allah`ın Zat`ında yox olması, yəni Allah`a təslim olması. Allah`u Təala, Allah`a dönüşün fərz olduğunu ifadə edir. Və buyurur ki: -
-10YUNUS-26: Lilləzinə əhsənul husna və ziyadəh (ziyadətun), və la yərdəku vucuhəhum katərun və la zilləh (zilləhun),ulaikə əshabul cənnəh (cənnəti), hum fiha halidun(halidunə)
Onlar üçün Əhsənül hüsna (Allah`ın Zat`ına qovuşmaq) və daha ziyadəsi(daha çoxu Allah`ın camalını görmək) vardır. Onların üzlərinə bir kədər və bir zillət yoxdur. Və onlar cənnət xalqıdır. Onlar orada əbədi qalanlardır. Allah`u Təala: Onlara Əhsənül Hüsna da var, daha ziyadəsidə var. Allah`u Təala: Nisa-175 ayət-i kərimədə belə buyurur.
-4NİSA-175: Allah`u Təala:”Kim Allah`a qovuşmağı və Allah`a sarılmağı (Allah`ın Zat`ında yox olmağı) dilərsə Allah onları rəhmətinin və fazlının içinə qoyar. Və onları özünə qovuşduran Sirati Mustakim`ə qovuşdurar.” buyurur. Allah`a qovuşduran Sirati Mustakim`ə qovuşdurar.” Elə isə Sirati Mustakim adlı bir yol var.Bu yol insanların ruhlarını Allah`a qovuşdurur. Deməli nə görürük? Ruhumuzu ölmədən əvvəl Allah`a qovuşdurmaq, dəfələrcə üzərimizə fərz qılınmışdır. Hər bir əmr, açıqca ruhumuzun biz ölmədən əvvəl Allah`a geri dönməsini, Allah`a qovuşmasını əmr edir. Bu çağın adı Hidayət çağıdır. Hidayət nədir? İnsan ruhunun ölmədən əvvəl Allah`a qovuşmasıdır. Onda bu mövzuda olan iki ayət-i kərimədən birincisi:
-3ALİ İMRAN-73: Və la tu`minu illa li mən təbia dinəkum, kul innəl huda hudallahi ən yu`ta əhədun mislə ma utitum əv yuhaccukum ində rabbikum, kul innə fadla bi yədillah (yədillahi), yu`tihi mən yəşa (yəşau), vallahu vasiun alim(alimun).
Və (Əhli-Kitab): “Sizin dininizə tabe olandan başqasına inanmayın”(dedilər).(Həbibim,onlara) De ki, “Mütləq ki,hidayət-Allaha qovuşmaqdır.” (İnsanın ruhunun ölmədən əvvəl Allah`a qovuşmasıdır.) Sizə verilənin bir bənzərinin bir başqasına verilməsidir. “Yoxsa onlar Rəbbimizin hüzurunda sizinlə çəkişirlərmi?” Onlara de ki: “Mütləq ki fəzl Allahın əlindədir. Onu istədiyinə verər.” Və Allah Vasidir(elmi genişdir), Alimdir (ən yaxşı biləndir.) “İnnəl huda hudallah: Mütləq ki, hidayət Allah`a qovuşmaqdir.” “İnnə - mütləq ki, şübhəsiz ki. əl huda – hidayət hudullah – Allaha qovuşmaqdır.” Bəzi müəlliflər deyir ki, buradaki “hudallah” kəlməsi “Allah`ın qovuşdurması” kimi tərcümə edilərsə, daha düzgün olar. O zaman, mənim əziz qardaşlarım,madəm ki elə deyirsiz elə tərcümə edək: “Hidayət – Allah`ın qovuşdurmasıdır.” O zaman hər iki tərəfin də eyni sualı verməsi gərəkdir: “Hara?”Hidayət Allah`ın haraya qovuşdurmasıdır? Bu da cavabı: Rad Surəsinin 27. Ayət-i kəriməsində Allah`u Təala belə buyurur:
-13/RA`D -27: Və yəkulləzinə kəfəru ləv la unzilə aləyhi ayətun min rabbihi ,kul innallahə yudiiu mən yəşəru və yəhdi iləyhi mən ənab(ənabə).
Və kafirlər: ”Ona Rəbbindən bir ayət (möcüzə) endirilsə olmazmı?”dedilər. De ki: “Mütləq ki Allah dilədiyi kimsəni dəlalətdə buraxar və O`na yönələni özünə qovuşdurar (hidayətə çatdırar).” Allah`u Təala deyir ki: “Allah dilədiyini dəlalətdə buraxar.” Yəni “Dəlalətdə olan insanla məşğul olmaz. Onu öz halına buraxar.”deyir. “Amma onlardan (dəlalətdə olanlardan ) kim Allaha qovuşmağı diləyərsə, onları özünə qovuşdurar.” deyir. Elə isə kim Allah`a qovuşmağı diləyərsə Allah onu mütləq özünə qovuşdurar. Beləcə görürük ki, o insanın ruhunu insan Allah`a qovuşdurmur, Allah özünə qovuşdurar. Şura Surəsinin 13. Ayət-i kəriməsinin sonunda da eyni xüsus keçərlidir:
-42/ŞURA-13: Şərəa ləkum minəd dini ma vassa bihi nuhan vəlləzi əvhayna iləykə və ma vassayna bihi ibrahimə və musa və isa, ən əkimud dinə və la tətəfərrəku fih(fihi), kəburə alal muşrikinə ma təd`uhumiləyh(iləyhi), allahu yəctəbi iləyhi mən yəşau və yehdi ileyhi mən yunib(yunibu).
(Allah) dində onunla Hz. Nuh`a vəsiyət etdiyi (fərz qıldığı) şeyi (şəriəti)“Dini iqamə edin (qoruyun) və onda (dində) firqələrə ayrılmayın.”deyə Hz. İbrahimə, Hz. Musaya və Hz. İsaya vəsiyət etdiyimiz şeyi Sənə də vəhy edərək, sizə də şəriət qıldı. Sənin onları, özünə çağırdığın şey (Allaha qovuşmağı diləmə) müşriklərə çətin gəldi. Allah istədiyini Özü`nə seçər və O`na yönələni Özü`nə qovuşdurar (ruhunu həyatdaiçən Özü`nə çatdırar). “Allah dilədiyini Özünə seçər.” İnsanların çox azı xaric hamısı seçilər.
Allahu Təala kimləri seçməz? Allah`a qovuşmağı diləmədikləri kimi başqa insanları da Allah`a qovuşmaqdan çəkindirənləri... Təkcə onlar seçilməzlər. Onlar da azlıq təşkil edir. Saylari 10 % belə olmaz. Onlar seçilməzlər amma onlardan başqa hər kəs seçilər. Allahu Təala: “Allah`ın o seçdiklərindən hər kim Allaha qovuşmağı dilərsə Allah onları Özünə qovuşdurar.” deyir. Elə isə Ali-İmran Surəsinin 73. ayəti-kəriməsi istər “Mütləq ki hidayət- Allah`a qovuşmaqdır” şəklində olsun, istərsə onu “ Hidayət- Allah`ın qovuşdurmasıdır” kimi tərcümə etsinlər, nəticə dəyişməz. “Allahın haraya qovuşdurmasıdır?” sualının cavabı-“Allah`ın Özünə qovuşdurması” şəklində başa düşülür. Bu da həmin mövzudaki ikinci ayət:
-2/BƏQƏRƏ-120: Və lən tərda ankəl yahudu və lan nasara hatta təttəbia millətəhum, kul innə yudallahi huvəl huda, və lə inittəba`tə əhvaəhum ba`dəlləzi caəkə minəl ilmi ma ləkə minallahi min vəliyyin və la nasir (nasirin).
Və sən onların dininə tabe olmadıqca (uymadıqca) nə yəhudilər və nə də xristianlar səndən əsla razı olmazlar. De ki: “ Mütləq ki, Allah`a qovuşmaq (Allahın özünə qovuşdurması) hidayətdir.” Sənə gələn elmdən sonra əyər doğrudan onların dediyinə uyarsan, sənin üçün Allah`dan bir dost və yardımcı yoxdur. “İnnə: Mutləq ki Hudallahi: Allah`a qovuşmaq Huvə: Və o Əl huda: Hidayətdir.”
Amma onlar belə olmadığını söyləsinlər. Desinlər ki: ”Bu Allah`ın qovuşdurmasıdır.”Olsun yenə eyni sonluqdur. Haraya qovuşdurmasıdır?
İki ayət-i kərimə; Rad-27, Şura -13.ayət-i kəriməsi, açıq və kəskin bir şəkildə bu qovuşmanın, Allah`a qovuşmaq olduğunu söyləyir. Bu “ruh” adı verilən müəssəsə bizdə neyləyir? Allah`a geri dönəcəkdirsə bizdə neyləyir? Allahu Təala Səcdə Surəsinin 9.ayəti-kəriməsində buyurur ki:
-32/SƏCDƏ-9: Summə səvvahu və nəfəha fihi min ruhihi və cəalə ləkumus səm`a vəl əbsarə vəl əf`idəh (əfidətə), kalinən ma təşkurun (təşkurunə).
Sonra (Allah) onu dizayn etdi və onun içinə (vəchin, fiziki vücudun içinə) ruhundan üfürdü və sizlər üçün səmi (eşitmə duyğusu), basar (görmə duyğusu) və fuad ( idrak etmə duyğusu) qıldı. Nə qədər az şükr edirsiniz.
“Biz insana ruhumuzdan üfürdük,sonra ona fuadlər verdik” Yəni Allah`u Təala ”Görmə,eşitmə və idrak etmə haqqlarını verdik.”deyir.Ama əvvəl ruhundan üfürmüş.Bu Allahu`u Təalanın şeytanı cəhənnəmə yolku etdiyi,cəhənnəmə məhkum etdiyi hadisədir. Allah`u Təala insanı ”salsalin”adı verilən bir torpaqdan yaratdı və ona can verdi,həyat verdi.Və ona ruhundan üfürdü. Allah`u Təala:”ona həyat verdim və ona ruhumdan üfürdüm.İndi hamınız Adəm (ə.s)`ın önündə səcdə edəcəksiniz.”deyir.Bütün mələklər səcdə edirlər.Ama iblis (şeytan) səcdə etmir. Allah`u Təala: ”Onu torpaqdan yaratdım, ona həyat verdim və ona ruhumdan üfürdüm.”deyir. Sonra Allah`u Təala: ”Ruh üfürülmüş Adəm (ə.s)`a səcdə edəcəksiniz.”deyir.
-38/SAD-71: İz kalə rabbukə lil məlaikəti inni halikun bəşərən min tin(tinin).
Rəbbin mələklərə: “Mütləq ki Mən tindən (nəmli torpaqdan, palçıqdan) bir insan yaradacağam.”dedi.
-38/SAD-72: Fə iza səvvəytuhu və nəfahtu fihi min ruhi fə kau ləhu sacidin (sacidinə).
Beləcə onu səvva etdiyim və onun içinə ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edərək yere qapanın!
-38/SAD-73: Fə səcədəl məlaikətu kulluhum əcmaun (əcmaunə).
Və mələklərin hamısı birdən səcdə etdi.
-38/SAD-74: İlla iblis (iblisə), istəkbərə və kanə minəl kafirin(kafirinə).
İblis xaric.,ki o,kibirləndi və kafirlərdən oldu. Niyə? İnsanoğlunun üstünlüyü nədir? Özündə Allah`ın ruhunu daşımasıdır. Səcdə Surəsi 9. ayəti kəriməsində Allahu Təala insana ruhundan üfürdüyünü deyir. Sonra Allahu Təala ona fuadlar verdiyini söyləyir. İki ayəti - kərimə bir araya gəldiyi zaman Allahu Təalanın bu barədəki ifadəsi önəm qazanır. Allahu Təala: “ona həyat verdim. Sonra da ruhumdan üfürdüm” deyir. İnsanların bir qismi də Allahu Təala ruhundan üfürdü diyə o ruhun insana həyat verdiyini zənn edirlər. Elə isə indi qarşınızda bir ölü danışır. Bizim ruhumuzun bədənimizdən ayrılıb Allah`a qovuşması 30 ildən çox bir zamanın əvvəlinə dayanır. Elə isə 30 ildən bəri ruhsuz bir adam yaşayır. İnsanların öz aralarındakı mübahisələri bizi hər zaman xəyal suqutuna uğradır. Bu söz də hər zaman yanlış işlədilir; “xəyal sükutu” deyilir. Sükut- susmaq deməkdir. Suqut – yıxılmaq, çökmək deməkdir. İnsanın ruhu var, Allahu Təala tərəfindən üfürülmüşdür və Allahu Təala o ruhun Özünə dönməsini açıq və dəqiq olaraq bizə əmr etmişdir. Elə isə nə etmək lazımdır? Ruhumuzu həyatdaiçən Allah`a qovuşdurmaq... Bəs Allah`ın bu açıqlamasından sonra nə oldu? Allahu Təala “Ona həyat verdim və ona ruhumdan üfürdüm. ”deyir.İndi ona səcdə edin.”dedikdən sora hər kəs səcdə edir.İblis səcdə etmir. Cin tayfasından olan,dumansız atəşdən yəni enerjidən yaradılan iblis,və kibirli iblis səcdə etmədi. Allahu Təala deyir ki,”ya İblis! Səni əmrimə rağmən Adəm`ə səcdə etməkdən mən edən nədir?İblis deyir ki,məni azdırmana yəmin edərəm ki,sən məni dumansız atəşdən ,onu isə torpaqdan yaratdın. Mən ondan bu səbəblə üstünəm. Onun önündə səcdə etmərəm.
-38SAD-75: Kalə ya iblisu ma mənəakə ən təscudə lima halaktu bi yədəyy (yədəyyə), əstəkbərtə əm kuntə minəl alin (alinə). (Allahu Təala):
“Ey iblis! Əllərimlə(qüdrətimlə) xəlq etdiyim şeyəsecdə etməndən səni çəkindirən nədir? Kibirləndin! Yoxsa sən böyüklərdənmi oldun?” dedi.
-38/SAD-76: Kalə ənə hayrun minh(minhu), halaktəni min narin və halaktəhu min tin (tinin). (İblis):
“Mən ondan daha xeyirliyəm. Məni atəşdən,onu tindən (nəmli torpaqdan, palçıqdan) yaratdın.”dedi. Allahu Təala bunu Özünə qarşı bir üsyan olaraq qəbul edir. Çünki əmrini açıq bir şəkildə verib amma iblis itaət etməyib. Allahu Təala deyir ki: “ Hüzurumdan qovuldun. Buranı tərk et. Səni sonsuza qədər cəhənnəmdə cəzalandıracağam”.
-38/Sad-77: Kalə fahruc minha fə innəkə rəcim ( rəcimun). (Allahu Təala):
“Haydi oradan (cənnətdən) çıx! Artıq mütləq ki sən qovulmuş olanlardansan”dedi. İblis Allahu Təaladan icazə istəyir. Deyir ki: “Bir tələbim var. Ya Rəbbi, madəm ki məni Adəm (ə.s.)görə hüzurundan qovursan, madəm ki cəhənnəmdə sonsuza qədər cəzalandıracaqsan, o zaman mənə o Adəm (ə.s) və onun zürriyətindən intiqam almaq fürsəti ver. Məni qiyamət gününə qədər yaşat.Qiyamət gününə qədər mənə izin ver. Mən onların (insan oğullarının) Siratı Müstəqimində oturacağam, sağlarından, sollarından, önlərindən, arxalarından onların Siratı Müstəqimine çatmasına, Siratı Müstəqim üzərində olmalarına əngəl olacağam. Və onların çox azı xaric hamısını özümə bağlayacağam.”
-7A`RAF-14: Kalə ənzirni ila yəvmi yubasun (yubasunə). (Şeytan): “Bəas gününə (diriləcəyimiz günə, qiyamət gününə) qədər mənə möhlət ver.” dedi.
-7A`RAF-15: Kalə innəkə minəl munzarin (munzarinə). (Allahu Təala): ”Mütləq ki, sən izin (möhlət) verilənlərdənsən” buyurdu.
-7A`RAF-17: Summə lə atiyənnəhum min bəyni əydihim və min halfihum və an əymanihim və an şəmailihim və la təcidu əksərəhum şakirin(şakirinə). Sonra, əlbətdə onlara önlərindən,arxalarından, sağlarından və sollarından girəcəyəm və onların çoxunu şükür edənlərdən görməyəcəksən. Allahu Təala da buyurur ki,”Dilədiyin şəkildə insanlara hücum edə bilərsən.Onları özünə bağlaya bilərsən.Bu ixtiyarı sənə verirəm.Ama sən və sənə tabe olanların,hamınızın gedəcəyi yer əbədiyyən qalmaq üzrə cəhənnəmdir. ” -
-17/İSRA-63: Kaləzhəb fə mən təbiakə minhum fə innə cəhənnəmə cəzaukum cəzaən məvfura (məvfurən).
(Allahu Təala belə buyurdu): “Get! Artıq onlardan kim sənə tabe olarsa, o zaman mütləq ki, sizin cəzanız cəhənnəmdir.”
-17/İSRA-64: Vəstəfziz mənistəta`tə minhum bi savtikə və əclib aleyhim bi haylikə və rəcilikə və şarikhum fil əmvali vəl əvladi vaidhum, və ma yaiduhumuş şeytanuilla qurura(qururən).
”Və onlardan güc yetirdiklərini səsinlə aldat. Atlılarınla və yaylılarınla onları bağıraraq yönləndir (cəhənnəmə sövq et). Evladlarına və mallarına onlara ortaq ol. Və onlara (yalan şeylər) vəd et.” Şeytanın vəd etdikləri qürur(aldatma)dan başqa bir şey deyildir.
-17/İSRA-65: İnnə ibadi ləysə ləkə aləyhim sultan (sultanun), və kəfa bi rabbikə vəkila(vəkilən).
Mütləq ki, Mənim qullarımın üzərində sənin bir sultanlığın(gücün) yoxdur. Və sənin Rəbbin vəkil olaraq kafidir(yetər). İblis: “Siratı Müstəqimin üzərində oturacağam. Sağlarından, sollarından, önlərindən və arxalarından onları Sənə qovuşmaqdan çəkindirəcəyəm.” dedi. Allahu Təala`nın Peyğəmbər Əfəndimiz (s.ə.v)`e söylədiyi bir şey var. Allahu Təala: “ O sahabənin üzərinə qanadlarını aç” dyir. Allahu Təala nə demək istəyir? Bilirik ki, bütün səhabələr Peyğəmbər Əfəndimiz (s.ə.v)`ə tabe olanlardı. Din adamlarımız həqiqətləri dəyişdirmək barəsində sanki sözləşiblər. “Sahabə kimdir?” deyirik. “Həyatda içən Peyğəmbər Əfəndimiz (s.ə.v)`i görənlərdir” deyirlər. Bu ifadə doğru deyildir. Sahabə- həyatdaiçən Hz. Muhamməd Mustafa (s.ə.v) Əfəndimizə tabe olanlardır. Tabe olanlar olduqları dəqiqdir. Ali – İmran-20`də Allahu Təala Peyğəmbər Əfəndimiz (s.ə.v) haqqında buyurur ki:
-3/ALİ İMRAN-20: Fə in haccukə fə kul əsləmtu vəchiyə lillahi və mənittəbəan(i), və kul lilləzinə utul kitabə vəl ummiyinə ə əsləmtum, fə in əsləmu fə kadihtədəv, və in təvəlləv fə innəma aleykəl bəlağ(bəlağu), vallahu basirun bil ibad(ibadi).
Bundan sonra əgər səninlə mübahisə edərlərsə o zaman onlara de ki: “Mən və mənə tabe olanlar vəchimizi (vücudumuzu) Allah`a təslim etdik.” O kitab verilənlərə və ümmilərə: “Siz də vəchinizi Allah`a təslim etdinizmi?”de. Əgər təslim etdilərsə o təqdirdə hidayətə çatmışlar. Və əgər üz çevirərlərsə o zaman sənə düşən sadəcə təbliğdir. Və Allah qullarını ən yaxşı görəndir.
Allahu Təala buyurur: “Həbibim, o ümmilərə və kitab sahiblərinə de ki:”Mən və mənə tabe olanlar hər birimiz vəchimizi(fizik bədənimizi) Allah`a təslim etdik.”” Təslim edənlər kimlərdi? Peyğəmbər Əfəndimiz (s.ə.v) başda olmaqla, O`na tabe olanlar. Beləliklə səhabə Peyğəmbər Əfəndimiz (s.ə.v)`ə tabe olanlardan ibarətdir. Görənlər deyil, tabe olanlar. Alimlərimizə “Bəs tabiin kimdir?”deyirik. Bizə deyirlər ki, “həyatda içən səhabəni görənlərdir.””Xeyir, əziz qardaşlarım. Görənlər deyil, tabe olanlardır.”deyirik. Bu bir uydurmacadır. İnsanların əsirlərcə bir gayret içərisində olduğunu görürük. İnsan ruhunun ölmədən əvvəl Allah`a qovuşmasına mane olan insanlar... Bu qorxunc bir tələdir. Şeytanın insanları saldığı qorxunc bir tələ. Və hələ də Qur`ani-Kərim yazarlarından bir qismi açıq və dəqiq olaraq deyirlər ki, “İnsan ruhu ölümdən sonra Allah`a dönər. Heç kimin ruhu həyatda içən Allah`a geri dönə bilməz. Çünki ruh vücuddan çıxsa insan ölər.” Məhz belə bir yalanla insanları əsirlərcə yuxlatmışlar. Bir daha qeyd edirik ki,
Biz bu elmi bizim alimlərimizdən, onların yazdıqları kitablardan, əhli sünnət vəl camaat alimlərindən öyrənmədik. Öyrənsəydik biz də onların dediklərini sizlərə söyləyəcəkdik. Və Allah`ın bizə verdiyi risalət borcumuzu heç gür yerinə yetirə bilməyəcəkdik. Eləcə də belə bir görəv bizə verilməzdi. Bu doğruları öyrəndiyimiz üçün bunları öyrətməklə mükəlləf qılındıq. Bu Allahu Təala tərəfindən bizim çiyinlərimizə yüklənmiş olan, bu anda kainatın ən ağır vəzifəsidir. Amma bu yükü Allahu Təala bizə heç hiss etdirmir.
Həmd olsun ki, bizə Quranı öyrətdi. Elə isə biz də bu yarım ərəbcəmizlə alimlərə də Quran`ı öyrətməklə vəzifələndik. Nə demək istəyirik? İslam - sadəcə ruhun Allah`a qovuşması deyil, 7 safhadan ibarətdir. Məsələ Allah`a qovuşmaqdan başlar. 3-cü pillədə insan Allah`a qovuşmağı diləyir. 14-cü pillədə insan mürşidinə çatıb tabe olur. 21-ci pillədə insan ruhunu Allah`a qovuşdurur. 25-ci pillədə insan vücudunu Allah`a təslim edir. 26-ci pillədə insan nəfsini Allah`a təslim edər. Daimi zikirə çatar. 27-ci pillədə mühlis olar və irşad olar. 28-ci pillənin 5. Bölümündə də iradəsini Allah`a təslim edər. Və təslimləri tamamlayar. İslam 7 safhadan və 4 təslimdən ibarətdir.
Allahu Təala insan ruhunun Allah`a qovuşmasını dəfələrlə üzərimizə fərz qılır. Həyatda içən qovuşmasını... Öldükdən sonra fiziki vücudunuz nə nəfsinizi nə də ruhunuzu özünə çəkə bilməz. Çünki ölümünüz ölüm mələklərinin gələrək mitokondrilərinizin istehsal etdiyi elektrik enerjisini kəsməsi ilə gərçəkləşir. Artıq bədəninizdə elektrik enerjisi istehsal olunmursa görəvlərin heç birini həyata keçirmək artıq mümkün deyil. İnsan oğlu ölür. Elektrik enerjisi mövcud olmadığı üçün bu elektrik enerjisinin saxladığı elektromaqnit sahəsi də- nəfs üçün neqativ qütb, ruh üçün pozitiv qütb- artıq keçərli olmaz. Belə olduğu üçün nəfs üçün və ruh üçün fiziki bədən artıq sadəcə görüntü olur. Çünki maqnetik sahələr yoxdu. Fiziki bədənin içindən keçə bilərlər amma içində qala bilməzlər. Fizik vücud və hər şey fiziki aləmdə Əzrayıl (ə.s) və O`nun köməkçikəri üçün artıq sadəcə bir görüntüdür. Vücuddan ayrılan ruh,ölüm mələkləri tərəfindən Allah`a qovuşdurulur.Nəfs bir az vücudla bərabər qəbirdə qalar. Sonra bərzah aləminə gedər. Əslində hər kəs ölərkən ,mütləq bərzah aləmində əvvəlcə ölmüş olan yaxınları tərəfindən qarşılanar.Birinin yanında hek ölüm anında oldunuzmu? Sizə heyrətlə baxar və “sən görmürsən?” deyərlər. Ölüm anında, ölümdən bir neçə dəqiqə əvvəldən etibarən artıq onu tanıyanlar, ölmüş olanlar bir-bir yanına qovuşacaqlardı.O doğrudan görmürsünüzmü deyə heyrətlə sizə baxar.Çünki onun üçün ölüm anında o artıq normal bir görüntüdür.Onun gözləri digər aləm üçün artıq açılmışdır.Bütün gələnləri görər. Bir nəticəyə çatırıq. Ruhunuz sizdən ayrılacaq və Allah`a çatacaq. Mərifət – ruhu ölmədən əvvəl Allah`a qovuşdurmaqdır. Və gördük ki, ruhumuzun Allah`a dönüşü üzərimizə dəfələrcə fərz qılınmışdır.
Heyif ki, din adamlarımızın bir qismi “Ruh bədəndən çıxarsa insan dərhal ölər. Çünki ruh vücuda həyat verir.”kimi bir açıqlamanın sahibidirlər. Bu Quran`ın ruhuna da ləfzinə də uyğun gəlməyən bir iddiadır. Və bu iddianın sahibləri, heyf ki, Qurani-Kərim mealları (tərcüməsi) belə yazmışlar. Ruhunuz siz həyatda içən hər an sizdən ayrıla bilər. Heç bir günahı işlərkən ruhunuz vücudunuzda qalmaz. Günah işləyən nəfsiniz və fiziki vücudunuzdur. Ruhunuz çıxaraq hadisəni görür və nəfsinizə narahatlıq verir. Allah da fiziki vücudunuza əzab verər. Hər etdiyiniz səhvdən sonra bir narahatlıq hiss edərsiniz.
Ruh nəfsi sıxıntıya salar. Allah da vücudunuzu əzablandırar. Hər etdiyiniz səhvdən sonra bunu mütləq yaşayarsınız. Elə isə Allah`in söylədiklərinə diqqətlə baxın.
Kim Allah`a qovuşmağı diləyərsə o insan mürşidinə çatdığı zaman dövrün imamının ruhu onun başının üzərinə gələr və onun ruhuna “Sənin Allah`a mülaki olma günün yəvmet təlakın gəldi. Vücudu tərk et!”əmrini, “Allah`a geri dön!” əmrini verər. Birinin yanında heç ölüm anında oldunuzmu? Sizə heyrətlə baxar və “Sən görmürsənmi,”deyər. O sırada ölüm anında, ölümdən bir neçə dəqiqə əvvəlindən etibarən artıq onu tanıyanlar, bir-bir onun yanına gələcəklər.O heyrət içində görmürsünüzmü deyər. Çünki onun üçün ölüm anında, o artıq normal bir görüntüdür. Onun gözləri digər aləmlər üçün artıq açılmışdır. Bütün gələnləri görür. Bu yazımız boyunca verdiyimiz bu qədər dəlil, insanlar üçün heç bir şey ifadə etməyir. İblisə qapını açıq buraxmaq məcburiyyətindəyik. Bunun bir yolu vardır: Allah`a qovuşmağı diləmək. Dilədiyiniz andan etibarən, Allah`ın mütləq mühafizəsi altına girərsiniz. Çünkü Allah`u Təala söz vermişdir. Deyir ki; ”Kim mənə qovuşmagı dilərsə, o Mənə qovuşmayacaq, Mən onu Özumə qovuşduracağam, Mən onun ruhunu özümə qovuşduracağam.”
-40MU`MİN-15: Rəfiud dərəcati zul arş(arşi),yulkir ruha min əmrihi əla min yəşau min ibadihi li yunzirə yəvmət təlak(təlaki).
Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah, qullarından (özünə qovuşdurmağı) dilədiyi kişinin(Allah`a qovuşmağı dilədiyi üçün Allah`ın da özünə qovuşdurmağı dilədiyi kişinin) üzərinə (başının üzərinə) Allah`a qovuşma gününün gəldiyini (o kişinin ruhuna) ihtar etmək üçün, əmrindən (Allah`ın əmrini təbliğ etmək üçün) bir ruh (dövrün imamının ruhu) qovuşdurar. Bütün ruhlar, bu tabe olmaq müəssisəsinin həmən ardından vücuddan ayrılırlar, Allah`a doğru yola çıxarlar. Nəbə surəsi 38.ayət-i kəriməsində Allah`u Təala, bir mürşidin önündəki tövbə mərasimindən bəhs edir.
-78NƏBƏ-38: Yəvmə yəkumur ruhu vəl məlaikətu saffa (saffan),la yətəkəlləmunə illa mən əzinə ləhur rahmanu və kalə səvaba (səvabən).
O gün ruh (dövrün imamının ruhu) və (ərşi tutan) mələklər, saf-saf hazır olur. Rəhmanın özünə izin verdiyi kişidən başqa kimsə danışmaz. Və (izin verilən) sadəcə cavab söyləmişdir. Ərşi tutan mələklər və dövrün imamı, şahid olaraq orada olmaqdadırlar. Dövrün imamı, o kişiyə dərəcələrinin artırıldığını ifadə edir. NƏBƏ-39`da isə Allah`u Təala deyir ki: O gün Haqq günüdür. O gün diləyən kişinin ruhu, özünə Allah`a qovuşduran bir yol (Sirati Müstəqim) ittihaz edər. Və Allah`ın Zatına qovuşar. Allah`ın Zatı, o kişinin ruhuna meab (sığınacaq)olar. Al`i İmran surəsi 14.ayət-i kərimədə Allah`u Təalə belə deyir:
-3/A`li İmran-14: Zuyyinə lin nasi hubbuş şəhəvati minən nisai vəl bəninə vəl kanatiril mukantarati minəz zəhəbi vəl fiddati vəl haylil musəvvəməti vəl ənami vəl hars (harsi), zalikə mətaul hayatid dunya,vallahu indəhu husnul məab (məabi).
İnsanlara, ”qadınlara, oğullara, dəstə-dəstə topladığınız qızıl və gümüşə və heyvanlara və əkinlərə olan sevgidən əmələ gələn ”şəhvətləri (aşağı düşkünlükləri) gözəl göstərildi. Bunlar, dünya həyatının mənfəətləridir. Və Allah, O`nun qatındakı ən gözəl sığınagaqdır. Allah`u Təala: ”And olsun ki, Allah`ın Zat`ı, Allah`ın qatındakı ən gözəl sığınacaqdır. Gözəllərin ən gözəli olan sığınacaqdır.” buyurur.Sizin üçün bu qədər dəlil.
İnsan ruhunun ölmədən əvvəl Allah`a geri dönməsi, üzərimizə dəfələrlə fərz qılınmışdır. Bütün sahabə ruhlarını Allah`a qovuşdurmuşdular. Açıq və kəsin olaraq Quran-i Kərimdə bunların hamısı yer almışdı. Bunlara rəğmən insanlar, ”İnsan ruhunun həyatda içən Allah`a qovuşması mumkün deyildir. Ruh vücuddan ayrılsa insan ölər.” ifadəsini deyə bilirsə,və bunlar Quran məalı yazan və Quran tədris edən kişilərdirsə,onda çox ciddi problemlə üz-üzəyik. Bu səviyyədə olan insanlar Quranı bilmirlər. Hamısı üçün Allah`dan əhv və mağfirət diləyirik.İnşallah Allah`u Təala, onları da bağışlayar. Qurana uyğun gəlməyən bu qədər şeyi iddia etdikləri üçün böyuk bir məsuliyyət altındadırlar. Quran`a uyğun gəlməyən açıqlamalardan bir dənəsini də beləcə tamamlamış oluruq.
Ölmədən əvvəl insanın ruhunun vücudundan ayrılmayacağını, ruh bədəndən çıxarsa fiziki vücudun öləcəyini zənn edən insanlara həsr olunur. İnşaallah, Quran`a baxıb bütün söylədiklərimizin doğru olduğunu onlarda təsbit edərlər. Sözlərimizi ciddi qəbul etməmək dəvəquşunun başını qumu soxması kimidir. Necə ki dəvəquşu başını quma soxdu deyə görünməyəcəyini zənn edirsə, söylədiklərimizin Quran həqiqətləri olduğunu görməmək üçün də kor olmaq lazımdır. Din adamlarımıza aiddir.
Allahu Təala`nın hamımızı həm cənnət səadətinə, həm də dünya səadətinə çatdırmasını Uca Rəbbimizdən niyaz edərək sözlərimizi, inşaallah, burada tamamlamaq istəyirik. Allah hər birinizdən razı olsun.
Allah Dostu I.I.A.M.